• cümə, 19 Aprel, 04:14
  • Baku Bakı 18°C

İrəvanda Paşinyanın istefasını tələb edən etirazçılardan 25 nəfəri saxlanılıb

23.02.21 14:45 512
İrəvanda Paşinyanın istefasını tələb edən etirazçılardan 25 nəfəri saxlanılıb
İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələb ilə keçirilən etiraz aksiyasının iştirakçılarından 25 nəfəri polis tərəfindən saxlanılıb.
APA-nın "Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, saxlanılanlar polis bölməsinə aparılıb.
Səhər saatlarında çox sayda polis qüvvələri İrəvanda Respublika meydanının və hökumət binasının ətrafına yeridilib, Nazirlər Kabinetinin 1 və 3 saylı binalarının ətrafında polis sədləri çəkilib.Etiraz aksiyasına baxmayaraq, N. Paşinyan 3 saylı binaya daxil olub.
Qeyd edək ki, fevralın 22-də "Vətənin xilası naminə" hərəkatı hökumət binasının korpuslarına bütün girişləri bağlayacağını açıqlayıb. "Daşnaktsütyun"un nümayəndəsi Geqam Manukyan müxalifətin binaya hücum etməyi planlaşdırmadığını bildirib. O deyib ki, məqsəd hakimiyyətin müxalifətdən qorxduğunu nümayiş etdirməkdir.

banner

Oxşar Xəbərlər