• cümə axşamı, 28 mart, 22:24
  • Baku Bakı 13°C

“İrəli” gəncləri “Feel Like a European” layihəsində

26.07.17 12:40 858
“İrəli” gəncləri “Feel Like a European” layihəsində
"İrəli” İctimai Birliyinin Türkiyədə olan FuturEurope təşkilatı ilə tərəfdaşlığı nəticəsində "İrəli" İB-nin 8 gənci iştirakçı qismində, Türkiyənin Trabzon şəhərində "Feel Like a European” – "Özünü Avropalı kimi hiss et” mübadilə proqramında iştirak edirlər. "Feel Like a European” – "Özünü Avropalı kimi hiss et” mübadilə proqramı insan hüquqlarının fərqli ölkələrdə necə təsvir olunması, ortaq cəhətlər barəsində Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində iştirakçılar – "Yaşamaq hüququ", "Qadın və Uşaq hüquqları", "Sağlamlıq imkanları məhdud olan şəxslərin hüquqları", "Təhsil almaq hüququ" – mövzularında təqdimatlar təqdim ediblər. Layihənin əsas məqsədi insan hüquqlarının tanınması, eyni zamanda insan hüquqları sahəsində biliklərin artırılması və dostluq əlaqələrinin genişlənməsidir.
Qeyd edək ki, "İrəli” gəncləri "İrəli” İctimai Birliyinin beynəlxalq tərəfdaşlığının uğuru olan layihədə milli rəqslərimizi, Milli mətbəximizi, Mədəniyyətimizi nümayiş ediblər. Eyni zamanda tariximizi əks etdirən suvinerlər təqdim edib, "İrəli” İctimai Birliyi tərəfindən çəkilən Qarabağ həqiqətlərini çatdıran "25 Böyüməyən Uşaq” sənədli filminin Xorvatiya, Türkiyə, Slovenia, Gürcüstan və Azərbaycanlı gənclərin iştirak etdiyi layihədə təqtimatını ediblər.
banner

Oxşar Xəbərlər