• cümə axşamı, 25 aprel, 09:04
  • Baku Bakı 14°C

İraqda hərbi konvoya hücum: 70 ölü

17.10.16 20:50 884
İraqda hərbi konvoya hücum: 70 ölü
İraqın Mosul şəhəri yaxınlığında terrorçu-kamikadze hərbi konvoya hücum edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Bilavet kəndinin ərazisində baş verib.
Məlumata görə, terrorçu-kamikadze zirehli avtomobillər yoldan keçərkən özünü partladıb. İnsident nəticəsində 70-ə yaxın İraq ordusunun hərbçisi həlak olub. Hücumun İŞİD tərəfindən təşkil olunduğu bildirilir.

Xatıraladaq ki, İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İŞİD-ə qarşı quru əməliyyatda 60 min hərbçinin iştirakı nəzərdə tutulub. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.
banner

Oxşar Xəbərlər