• cümə axşamı, 28 mart, 16:36
  • Baku Bakı 16°C

İraqda hərbi bazanın ərazisinə 7 raket düşüb, xəsarət alanlar var

13.01.20 09:45 418
İraqda hərbi bazanın ərazisinə 7 raket düşüb, xəsarət alanlar var
İraqın paytaxtı Bağdad şəhərinin yaxınlığında yerləşən "Balad" Hərbi Hava Qüvvələrinin bazasına 7 raket zərbəsi endirilib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bazanın ərazisi ABŞ hərbçiləri tərəfindən də işlədilir. Raket zərbələri nəticəsində 4 İraq hərbçisi xəsarət alıb, ABŞ hərbçiləri arasında yaralanan yoxdur.
Raket zərbələrinin kim tərəfindən həyata keçirildiyi barədə məlumat verilmir.

banner

Oxşar Xəbərlər