İraqda etirazlar zamanı saxlanılan 2,6 min insan sərbəst buraxılıb
İraq hakimiyyəti ölkədə keçirilən etiraz aksiyası zamanı saxlanılan 2626 nəfəri sərbəst buraxıb.
Bəyanatda qeyd edilir ki, 181 saxlanılan nümayişçi barəsində istintaq davam edir.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İraq Ali Məhkəmə Şurasının mətbuat xidmətindən bildiriblər.
Bəyanatda deyilir: "Etiraz aksiyası işlərinə baxan orqanlar dekabrın 8-i üçün 2626 nümayişçinin sərbəst buraxıldığını elan ediblər".
Bəyanatda qeyd edilir ki, 181 saxlanılan nümayişçi barəsində istintaq davam edir.