• çərşənbə axşamı, 23 aprel, 19:20
  • Baku Bakı 20°C

İraqda ABŞ qüvvələrinin yerləşdiyi bazaya raket zərbələri endirilib

03.03.21 11:51 335
İraqda ABŞ qüvvələrinin yerləşdiyi bazaya raket zərbələri endirilib
İraqın qərbində ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin yerləşdiyi hərbi bazaya 10 raket atılıb.
APA-nın "Associated Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə koalisiyanın mətbuat katibi, polkovnik Vayne Marotto bildirib.
Raketlər səhər saatlarında Ənbar vilayətindəki "Ain əl-Əsəd” aviabazasına düşüb. İtkilərin olub-olmadığı hələlik məlum deyil.
Bu, ABŞ-ın ötən həftə İraq-Suriya sərhədi boyunca İrana bağlı hədəfləri vurmasından sonra ilk hücumdur.
banner

Oxşar Xəbərlər