• cümə, 19 Aprel, 15:32
  • Baku Bakı 25°C

İraq ordusu Kərkükün Əl-Havice rayonunu İŞİD qruplaşmasından geri alıb

05.10.17 15:30 979
İraq ordusu Kərkükün Əl-Havice rayonunu İŞİD qruplaşmasından geri alıb
İraqın hökumət qüvvələri İŞİD qruplaşmasının silahlılarını Kərkük əyalətinin Əl-Havice rayonundan çıxarmağa nail olub. Bu rayon silahlıların ölkənin şimalındakı son dayaq məntəqəsi idi.
AZƏRTACAnadolu informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatı təsdiqləyən İraq Silahlı Qüvvələrinin komandanlığının nümayəndəsi Əbdül Əmir Yarallahın sözlərinə görə, 9-cu zirehli tank diviziyasının hissələri, federal polis dəstələri və Daxili İşlər Nazirliyinin çevik reaksiya qüvvələri şiələrin "Əl-Həşd əş-Şəəbi” qruplaşmasının döyüşçüləri ilə birgə Əl-Havice rayonunun mərkəzini tam nəzarətə götürüb.
Qeyd edək ki, Kərkük şəhərindən 55 kilometr aralıda yerləşən Əl-Havice 2014-cü ildən İŞİD qruplaşmasının əlinə keçmişdi.
banner

Oxşar Xəbərlər