• çərşənbə axşamı, 23 aprel, 17:09
  • Baku Bakı 24°C

İraq Kürdüstanı parlamenti müstəqilliklə bağlı referendumun keçiriləcəyini təsdiqləyib

16.09.17 10:50 593
İraq Kürdüstanı parlamenti müstəqilliklə bağlı referendumun keçiriləcəyini təsdiqləyib
İraqkürd muxtariyyətinin parlamenti sentyabrın 25-də müstəqilliyə dair referendum keçirilməsi barədə qərarı təsdiqləyib.
APA-nın məlumatına görə, parlament iki illik fasilədən sonra sentyabrın 15-də fəaliyyətini bərpa edib. İlk iclasın gündəliyində referendum olub.
Dəyişiklik Hərəkatı, İslami Toplum Partiyası, İslami Hərəkat Partiyası vəİraqTürkmən Cəbhəsi parlamentin toplantısını boykot edib. Dəyişiklik Hərəkatının nümayəndəsi Birzo Məcid parlament binasının önündə jurnalistlər qarşısında çıxış edib. O, parlamentin iclasının qanunlara uyğun keçirilmədiyini bəyan edib. Siyasətçi bildirib ki, Kürdüstan Demokratik Partiyası tərəfindən iki il əvvəl çevriliş həyata keçirilib və parlamentin qapısına kilid vurulub. İndi isə heç bir razılaşma və qanuni mexanizm olmadan parlament işini bərpa edib. Birzo Məcid hesab edir ki, məqsəd qanunsuz Ali Seçki və Referendum Komissiyasına dəstək verməkdir.
Qeyd edək ki,İraqkürd muxtariyyətinin lideri Məsud Bərzani sentyabrın 25-dəİraqKürdüstanında müstəqillik referendumunun keçirilməsi barədə birtərəfli qərar qəbul edib.İraqhökuməti və parlamenti referendumun qanunsuz olduğunu bildirir. Türkiyə və ABŞ Məsud Bərzanini referendumu ləğv etməyə, bəzi Qərb dövlətləri isə təxirə salmağa çağırıb.
banner

Oxşar Xəbərlər