AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İranlı deputat Ermənistan ordusunun Gəncəyə raket zərbələri endirməsini pisləyib

İranlı deputat Ermənistan ordusunun Gəncəyə raket zərbələri endirməsini pisləyib

Cəmiyyət
21 Oktyabr 2020, 14:45 409
İran parlamentinin ictimai komissiyasının sədr müavini Vəli İsmailzadə Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri endirməsini pisləyib.
 
APA-nın Tehran bürosunun məlumatına görə, V. İsmailzadə dünya ictimaiyyətinin Ermənistanın hərbi cinayətləri qarşısında susmasına təəssüfləndiyini bildirib.
 
"Ermənistanın müsəlman Azərbaycanın Gəncə şəhərinə vəhşicəsinə hücumunu və orada dinc sakinlərin, o cümlədən uşaqların öldürülməsini pisləyirəm”, - deyə V. İsmailzadə qeyd edib.