• bazar ertəsi, 15 sentyabr, 11:40
  • Baku Bakı 17°C

İranın dini liderinin nümayəndəsi: İran Dağlıq Qarabağın tam azad olunmasını arzulayır

28.09.20 22:31 589
İranın dini liderinin nümayəndəsi: İran Dağlıq Qarabağın tam azad olunmasını arzulayır
İran son qələbələr münasibəti ilə Azərbaycan xalqını təbrik edir və Dağlıq Qarabağın tam azad olunmasını arzulayır.
Trend-in məlumatına görə, bunu İranın dini liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amili deyib.
S.H.Amilinin sözlərinə görə, işğal olunmuş ərazilərin azad olunması tam şəkildə qanuni və dini tələblərə uyğundur:
"Allahdan 1 milyon qaçqının Qarabağa, öz ərazilərinə qayıtması, Qarabağ cəbhəsində haqq müdafiəçilərinə sağlamlıq və bu qiymətli müdafiənin şəhidlərinə rəhmət diləyirəm".
banner

Oxşar Xəbərlər