• cümə axşamı, 28 mart, 12:43
  • Baku Bakı 16°C

İranın Azərbaycandakı yeni səfiri Cavad Cahangirzadə olacaq

22.08.16 14:19 2877
İranın Azərbaycandakı yeni səfiri Cavad Cahangirzadə olacaq
"İranın Azərbaycandakı yeni səfiri Cavad Cahangirzadə olacaq”.

BunuAPA-nın Tehran bürosuna açıqlamasında İran Xarici işlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.

B. Qasimi bildirib ki, hazırda təyinatın rəsmiləşdirilməsi üçün işlər gedir: "Təyinatın rəsmi elan olunmamasının səbəbi budur ki, biz etimadnamə imzalananadək onun adını açıqlamırıq. Hazırda bu vəzifəyə Cavad Cahangirzadə namizəddir və o, yaxın vaxtlarda vəzifəsini yerinə yetirmək üçün Bakıya səfər edəcək”.

B. Qasimi Azərbaycan və İran arasında regional əməkdaşlığa da toxunub və bildirib ki,Tehran həmişə qonşu ölkələrlə əməkdaşlığın inkişafına çalışır: "Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda keçirilən sammiti buna nümunədir. Bakı görüşündə bölgədə təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın inkişafı üçün önəmli nəticələr əldə olundu ki, bu, regional əməkdaşlıq üçün nümunə ola bilər.Ümid edirik ki, əldə olunan razılıqlar icra ediləcək”.

B. Qasimi Azərbaycan və İran arasında viza rejiminin ləğvi ilə bağlı sualın cavabında qeyd edib ki, bu istiqamətdə işlər görülür: "Azərbaycan söz verib ki, iranlılar üçün səfərlər asanlaşdırılacaq”.

Qeyd edək ki, C. Cahangirzadə İran Şura Məclisində Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərindən nümayəndə olub. O, İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvi olub, ölkənin milli təhlükəsizlik üzrə strateji araşdırmalar mərkəzində ekspert və müdir kimi çalışıb.
banner

Oxşar Xəbərlər