• cümə, 19 Aprel, 21:00
  • Baku Bakı 24°C

İranın Ali liderinin müşaviri: "İşğal olunmuş ərazilərin Azərbaycana qaytarılması böyük bir uğurdur"

17.11.20 10:00 393
İranın Ali liderinin müşaviri: "İşğal olunmuş ərazilərin Azərbaycana qaytarılması böyük bir uğurdur"
"İşğal olunmuş şəhərlərazad olunmalı idi,Azərbaycan xalqıbunu etdi və onlara bu münasibətlə təbrik deyirəm”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu "Beynəlxalq İslami Oyanış Assambleyası”nın təşkilatçılığı ilə "Ali rəhbərin Dağlıq Qarabağ haqqında baxışları” mövzusunda keçirilən videokonfransdakı çıxışında İranın Ali liderinin beynəlxalq məsələlər üzrəmüşaviriƏli Əkbər Vilayəti deyib.
"İran Azərbaycan və Ermənistanla, həmçininAzərbaycanın bir hissəsi olan Naxçıvanla müştərək sərhədə sahibdir”, - deyən Ə.Vilayəti bildirib ki, bögədə bu xüsusiyyətə sahib olan başqa bir ölkə yoxdur: "Bu səbəbdən məntiqlidir ki,İranAzərbaycan və Ermənistanın qonşusu olaraq bu məsələyə ciddi yanaşsın və iştirak etsin.Ali rəhbər Qarabağ məsələsi ilə bağlı təkidedib ki,Azərbaycanın işğal olunmuş ərazisibu ölkəyə geri qaytarılmaldıır.Bu bölgənin Azərbaycana qaytarılması böyük bir uğurdur.Ali rəhbər, həmçinin təkidlə vurğulayıb ki, beynəlxalq sərhədlər pozulmamaldır və düşünür ki,bütün münaqişələrin kökübeynəlxalq sərhədlərin pozulmasındadır ki, buna diqqət olunmalıdır. Düşünürük ki,İran İslam Respublikasınınmilli təhlükəsizliyi qonşu ölkələrin sabitliyi və təhlükəsizliyinin təmini olmadan mümkün deyildir”.
İranın Ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri bildirib ki, işğal olunmuş ərazilər azad olunmalı idi və Azərbaycan xalqı bunu etdi: "Mən onları bu münasibətlə təbrik edirəm. Çünki biz Azərbaycanla qardaşlıq, dostluq, tarixi və mədəni əlaqələrə sahibik”.

banner

Oxşar Xəbərlər