AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İrandan 22 həkim könüllü olaraq döyüş bölgələrində fəaliyyət göstərmək üçün Azərbaycana müraciət edib

İrandan 22 həkim könüllü olaraq döyüş bölgələrində fəaliyyət göstərmək üçün Azərbaycana müraciət edib

Cəmiyyət
21 Oktyabr 2020, 12:30 377
İranda müxtəlif sahələrdə çalışan 22 həkim Azərbaycanda döyüş zonalarında könüllü olaraq fəaliyyət göstərmək üçün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səlahiyyətli səfirinə müraciət ünvanlayıb.
 
Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
 
Müraciətdə qeyd edilib: "Diqqətinizə çatdırmaq istərdik ki, biz, İranın mütəxəsis həkimləri Azərbaycan Respublikasının hörmətli dövlətini və xalqını yeni qələbələrlə təbrik edib, eləcə də, hərbçilərin və sivil xalqın şəhid edilməsi ilə əlaqədar dərin hüznlə başsağlığı verərək Azərbaycan Respublikası Ordusuna və əsgərinə yeni qələbələr arzulayırıq. Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan sivil xalqa və hərbçilərə tibbi yardım göstərməyə və onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik”.