• cümə, 29 Mart, 14:36
  • Baku Bakı 14°C

İranda prezident seçkiləri keçirilir

19.05.17 09:40 1357
İranda prezident seçkiləri keçirilir
İranın bütün şəhərlərində prezident seçkilərində səs vermək üçün seçki məntəqələri açılıb.APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İran Milli Seçki Komissiyasının məlumatına əsasən, ölkədə 56 mln. nəfər səsvermə hüququna malikdir. Ümumilikdə 63 min seçki məntəqəsi açılıb.
İran prezidenti postu uğrunda dörd namizəd mübarizə aparır: hazırkı prezidentHəsən Ruhani, ayətullah İbrahim Rəisi, sabiq vitse-prezident Mustafa Həşimi-Taba və mühafizəkar Mustafa Ağa Mirsəlim. İranın seçki qanunvericiliyinə əsasən, namizədlər seçicilərin 50 faizinin səsini toplaya bilməyəcəyi təqdirdə, bir həftə sonra ən çox səs toplamış iki namizədin iştirakı ilə təkrar seçkilər keçiriləcək.
Qeyd edək ki, İranda prezident seçkiləri ilə paralel şəhər Şuralarına və parlamentə əlavə seçkilər keçirilir.
Seçkilərdə təhlükəsizliyin təmin edilməsinə hüquq-mühafizə orqanlarının 300 minədək əməkdaşı cəlb edilib.
banner

Oxşar Xəbərlər