• cümə, 29 Mart, 15:01
  • Baku Bakı 14°C

İranda koronavirusdan ölənlərin sayında azalma müşahidə edilir

26.04.20 18:45 616
İranda koronavirusdan ölənlərin sayında azalma müşahidə edilir
Son sutka ərzində İranda koronavirusa 1153 nəfər yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 90 min 481 nəfərə çatıb.
AZƏRTACxəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. O bildirib ki, son 24 saat ərzində İranda koronavirusa yoluxan 60 nəfər həyatını itirib və bu da ölüm hallarının tədricən azalmasını göstərir. Ümumilikdə isə İranda bu virusdan ölənlərin sayı 5710-dur. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 69 min 657 nəfər sağalaraq evə buraxılıb.
Qeyd edək ki, İranda karantin rejimi də tədricən yumşaldılır. Artıq böyük ticarət mərkəzlərinin və bazarların açılmasına icazə verilib.

banner

Oxşar Xəbərlər