• cümə axşamı, 18 aprel, 22:15
  • Baku Bakı 21°C

İranda daha bir zəlzələ: dağıntılar və xəsarət alanlar var

11.05.13 09:10 1398
İranda daha bir zəlzələ: dağıntılar və xəsarət alanlar var
İranın cənubunda Bəndər-Abbas şəhərindən 160 kilometr şimal-şərqdə Hörmüzqan əyalətinin Başaqard şəhərində baş verən zəlzələ nəticəsində 70 kəndə ziyan dəyib, 15 nəfər isə yaralanıb.
Trend-in məlumatına görə, bu barədə İRİNN xəbər kanalı məlumat verib.
Ötən gecə İranın cənubunda Hörmuzqan əyalətinin Başaqard şəhərində 6,2 bal gücündə zəlzələ baş verib. Bundan sonra həmin bölgədə 8 dəfə 4,5 - 4,9 bal gücündə zəlzələlər qeydə alınıb.
İranın Hörmüzgan əyalətinin rəhbəri İbrahim Əzizi bildirib ki, zəlzələ nəticəsində ciddi dağıntılar qeydə alınmayıb və yaralılardan birinin vəziyyəti ağırdır.
Onun sözlərinə görə, hazırda xilasetmə işləri davam etdirilir və qısa zaman ərzində dəymiş ziyanın aradan qaldırılması üçün işlər başlayacaq.
Qeyd edək ki, cümə günü gecə saatlarında İranın Şimali Xorasan əyalətinin inzibati mərkəzi olan Bojnurd şəhərində Rixter cədvəli üzrə 3.1 və 4.2 bal gücündə iki zəlzələ baş verib.
İranda 6,2 bal gücündə zəlzələ olub.
banner

Oxşar Xəbərlər