• cümə, 26 Aprel, 03:51
  • Baku Bakı 16°C

İranda 4 mindən çox şəxs koronavirusa yoluxub

08.10.20 15:42 634
İranda 4 mindən çox şəxs koronavirusa yoluxub

İranda ötən sutka ərzində 4 392 nəfər koronavirusa (COVID 19) yoluxub.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, beləliklə İranda bu virusa yoluxanların sayı 488 236 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 335 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 230 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 27 888 nəfərə çatıb.
Ölkədə indiyədək 399 300 nəfər koronavirusdan sağalıb.
İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.
İranda indiyədək 4,23 milyondan çox diaqnoz testi həyata keçirilib.
banner

Oxşar Xəbərlər