• çərşənbə axşamı, 19 mart, 10:28
  • Baku Bakı 8°C

İran XİN-in sözçüsü: “Bəzi Səudiyyə Ərəbistanı rəsmiləri əxlaqdankənar sözlər söyləyir”

15.05.17 14:15 834
İran XİN-in sözçüsü: “Bəzi Səudiyyə Ərəbistanı rəsmiləri əxlaqdankənar sözlər söyləyir”
"Türkiyə rəsmiləri bizi iki ölkə sərhədində divar tikintisinə dair öz ideyaları ilə bağlı məlumatlandırıblar”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi ənənəvi brifinqdə Türkiyənin İranla sərhəddə divar inşa etməsi ilə bağlı suala cavabında deyib. O bildirib ki, bu divar sərhəd xəttinin birləşdiyi nöqtədə deyil, Türkiyə ərazisində tikilir: "Biz sərhədlərin təhlükəsizliyini və sabitliyini təmin edəcək hər bir addımı alqışlayırıq. Sərhədlərin sabitliyi bizim üçün də, türkiyəlilər üçün də önəmlidir. Hər iki ölkə bu məqsədə çatmaq üçün səylərini artırmalıdır”.
B. Qasimi Səudiyyə Ərəbistanı ilə münasibətlərdə yaranmış gərginliyə də toxunub: "Səudiyyə Ərəbistanının bəzi rəsmilərinin əxlaqdankənar hərəkətləri və sözlərinə cavabımız budur ki, biz gərginlik yaratmaq istəmirik və bu ölkə ilə danışıqlar aparmağa hazırıq. Ümid edirik ki, onlar öz səhvlərini başa düşəcəklər və keçmişdəki səhvlərini düzəltmək məqsədilə danışıqlar aparmaq və anlaşmaq üçün atmosfer yaradacaqlar. Lakin bu, onların regionda və xüsusilə Yəmən məsələsində siyasətini təsdiqləmək mənasına gəlmir”. (Xatırladaq ki, Səudiyyə Ərəbistanı müdafiə naziri Muhammed bin Səlman İranla mümkün müharibənin Səudiyyə sərhədlərinə çatmadan İran ərazisində aparılmasına çalışacaqlarını bəyan edib. İran müdafiə naziri Hüseyn Dehqan isə cavabında bildirib ki, Səudiyyə tərəfi hər hansı düşüncəsiz addım atsa, Məkkə və Mədinə istisna olmaqla, bütün krallıq məhv ediləcək.)
B. Qasimi ABŞ prezidenti Donald Trampın yaxın günlərdə Səudiyyə Ərəbistana səfəri və bəzi ərəb dövlətləri başçılarının eyni vaxtda Səudiyyə Ərəbistana toplaşması ilə bağlı suala cavabında qeyd edib ki, Ər-Riyadda keçiriləcək toplantı yeni bir şey deyil: "Bu cür toplantılar əvvəllər də Səudiyyə Ərəbistan tərəfindən təşkil olunub. Lakin hazırkı şəraitdə Riyadda bu iclasın keçirilməsi başqa həssaslıq yaradır. Əslində Səudiyyə Ərəbistanının daxilindəki problemlər, Yəməndə üzləşdiyi problemlər, regiondakı məsələlər və hakimiyyət daxilində küncə qısılma hissi Səudiyyəni məcbur edir ki, problemlərini ört-basdır etmək üçün birlik yaratsın”.
banner

Oxşar Xəbərlər