• cümə, 19 Aprel, 12:24
  • Baku Bakı 25°C

İran XİN: Dağlıq Qarabağda referendum keçirilməsi qəbuledilməzdir

20.02.17 14:15 788
İran XİN: Dağlıq Qarabağda referendum keçirilməsi qəbuledilməzdir
"Dağlıq Qarabağda referendum keçirilməsi yersiz və bəyənilməz bir işdir”.
BunuAPA-nın sualına cavabında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimideyib.O bildirib ki, bu addım qəbulolunmazdır: "Düşünürük ki, bu addım Azərbaycan və Ermənistan arasında böhranın həllinə heç bir kömək etməyəcək. Problemin həli yalnız danışıqlar yolu ilə baş tuta bilər”.
B. Qasimi xatırladıb ki,Azərbaycan prezidentiİlham Əliyevyaxın vaxtlarda Tehrana səfər edəcək. Onun sözlərinə görə, İranın Azərbaycana baxışı aydın və dəqiqdir: "Bizim münasibətlərimiz möhkəmdir və çalışırıq ki, daha da inkişaf etsin”.
XİN-in sözçüsü qeyd edib ki, bu günlərdə İranın ədliyyə naziri Azərbaycanda səfərdə olub: "Cənab prezident İlham Əliyevin İrana səfəri bu yaxşı əlaqələrin daha da yaxşılaşmasına zəmin yaradacaq”.
banner

Oxşar Xəbərlər