• şənbə, 20 Aprel, 05:11
  • Baku Bakı 15°C

İran XİN: Bəzi ərəb dövlətləri islam dünyası və Fələstinə xəyanət edib

11.12.17 18:43 2307
İran XİN: Bəzi ərəb dövlətləri islam dünyası və Fələstinə xəyanət edib
"Xəzərin hüquqi statusuna dair konvensiyanın taleyinin prezidentlərin Qazaxıstanın Astana şəhərində keçiriləcək görüşündə həll olunmasına ümid çoxdur”.
APA-nın Tehran bürosunun məlumatına görə,bunuİranXarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi mətbuat konfransında deyib.
B. Qasimi xatırladıb ki, ötən həftə5 Xəzəryanı ölkənin XİN başçılarının Rusiyada görüşü keçirilib: "Xəzərin hüquqi statusuna dair danışıqlar 21 ildir ki, aparılır. Bu barədə Konvensiyanın taleyinin Astana şəhərində keçiriləcək prezidentlərin sammitində həll olunmasına ümid çoxdur. Əlbəttə, iclasdan öncə ekspertlər bir daha texniki məsələləri araşdıracaq.Düşünürük ki,Astana sammitində ümumi həmrəylik əldə olunacaq”.
B. Qasimiqeyd edib ki,Konvensiya Xəzər dənizinə aid ümumi prinsipləri və ölkələrin öhdəliklərini müəyyənləşdirir: "Sənəddəhər bir məsələnin detalları qeyd olunmayacaq. Lazım gələrsə, digər məsələlərüçün protokollar hazırlanacaq və sənədə əlavə olunacaq”.
İran XİN-in sözçüsüABŞ prezidenti Donald Trampın məlum qərarına toxunaraq deyib ki, ABŞ-ınöz səfirliyini Beytül-müqəddəsə köçürməsi aşkar yanlışdır ki, regionda gərginliyin artmasına səbəb olub: "Bundan ən çox ziyan görən elə Amerika hökuməti olacaq. Onların qərarı düşünülməmiş, naşıcasına və təhlükəli qərardır. İslam ümmətinin vəhdətinə ehtiyac var”.
B. Qasimi qeyd edib ki, bəzi ərəb dövlətləri bu məsələdəislam dünyası və Fələstinə xəyanət edib: "Ərəb Birliyinin Trampınqərarı ilə bağlıbəyanatıgözlənilən kimi qətiyyətli deyildi və çox zəif idi”.
banner

Oxşar Xəbərlər