• cümə axşamı, 28 mart, 21:29
  • Baku Bakı 13°C

İran səfiri: Diplomatların Cocuq Mərcanlıya səfərinin təşkili yaxşı təşəbbüs idi

19.02.17 12:22 963
İran səfiri: Diplomatların Cocuq Mərcanlıya səfərinin təşkili yaxşı təşəbbüs idi
İnsanların doğma torpaqlarından didərgin düşmələri, uşaqların atalarını, analarını itirmələri, yaşadıqları şəraitdən məhrum olmaları, başqa yerlərə pənah aparmaları mənə keçmiş günləri xatırlatdı. Biz də İranda belə bir vəziyyətlə qarşılaşmışdıq. Bu zülm yerdə qalmaz.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Cocuq Mərcanlıya səfəri ilə bağlı təəssüratlarını bölüşən İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.
Səfir bildirib ki, Azərbaycan dövləti bu kəndin bərpası, insanların öz evlərinə qayıtmaları ilə bağlı qərar verib. Bu, çox gözəl addımdır. Cocuq Mərcanlıda kənd sakininin evində olduq, onun sahibi olduğu kənd təsərrüfatı ilə bağlı məlumat əldə etdik.
Cavad Cahangirzadə deyib ki, ölkələr müharibələrdən heç bir mənfəət əldə etməyəcəklər. Münaqişə hər bir ölkəyə zərər verir. Bunu xalqlar da istəmir.
"Cocuq Mərcanlıya səfərin təşkil olunması yaxşı təşəbbüs idi. Diplomatların kəndə səfəri, Azərbaycan dövləti tərəfindən orada görülməsi planlaşdırılan işlərlə tanış olmaları müsbət addım idi. Belə bir səfərin təşkilinə görə minnətdarlığımı bildirirəm”, - deyə səfir vurğulayıb.
banner

Oxşar Xəbərlər