• cümə, 29 Mart, 03:45
  • Baku Bakı 7°C

İran prezidentinin energetika naziri postuna namizədi parlamentdə dəstəklənməyib

20.08.17 16:57 1684
İran prezidentinin energetika naziri postuna namizədi parlamentdə dəstəklənməyib
İran parlamenti prezident Həsən Ruhaninin energetika naziri postuna namizədliyini irəli sürdüyü Həbibolla Bitarafın namizədliyini dəstəkləməyib.

APA-nın məlumatına görə, bu barədə "Press TV” məlumat yayıb.

Parlament prezidentin digər nazir postuna namizədlərini isə dəstəkləyib. Yeni kabinetdə neft naziri Bican Namdar Zənqane və xarici işlər naziri Məhəmməd Cavad Zərif postlarını qoruyublar. Müdafiə naziri postuna Əmir Hatəmi təsdiqlənib. Ə. Hatəmi bundan əvvəl müdafiə nazirinin müavini olub.
banner

Oxşar Xəbərlər