• cümə axşamı, 18 aprel, 15:05
  • Baku Bakı 22°C

İran prezidentinin birinci müavini Azərbaycanın birinci vitse-prezidentini təbrik edib

28.05.17 15:47 1177
İran prezidentinin birinci müavini Azərbaycanın birinci vitse-prezidentini təbrik edib
İran prezidentinin birinci müavini İshaq Cahangirzadə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya 28 may - Respublika Günü münasibəti ilə məktub ünvanlayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, İ.Cahangirzadə təbrik məktubunda 28 may - Respublika Günü münasibəti ilə birinci vitse-prezident Mehriban Əliyevanı, Azərbaycan dövləti və xalqını təbrik edib.
İ.Cahangirzadə əmin olduğunu bildirib ki, Azərbaycan və İran rəhbərliyinin ciddi iradəsi və əzmkarlığı ilə iki ölkə arasındakı əlaqələr bütün sahələrdə daha da inkişaf edəcək.
banner

Oxşar Xəbərlər