• cümə, 29 Mart, 10:47
  • Baku Bakı 5°C

İran prezidenti ölkəsində COVID-19-un dördüncü dalğasının başladığını bildirib

03.04.21 17:15 1347
İran prezidenti ölkəsində COVID-19-un dördüncü dalğasının başladığını bildirib
İran prezidenti Həsən Ruhani ölkədə yeni növ koronavirusun (COVID-19) dördüncü dalğasının başladığını bildirib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İran prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Təəssüf ki, dördüncü dalğa iki vilayətdə başlayıb və biz əgər tibbi protokola əməl etməsək, digər vilayətlərdə də başlaya bilər", İran prezidenti deyib.
H.Ruhani dördüncü dalğanın başladığı vilayətlərin adını açıqlamayıb.
Qeyd edək ki, son günlərdə İranda koronavirus infeksiyasına yoluxma sayında artım müşahidə olunur. Dekabr ayının əvvəlindən bəri ilk dəfə aprelin 1-də ölkədə sutka ərzində 11 mindən çox yeni COVID-19 yoluxma halı aşkar edilib. Rəsmi statistikaya görə, aprelin 2-dək İranda infeksiyaya yoluxanların ümumi sayı 1908974-ə, ölənlərin sayı isə 62876-ya çatıb, xəstəlikdən 1633949 nəfər sağalıb.

banner

Oxşar Xəbərlər