• cümə axşamı, 18 aprel, 08:05
  • Baku Bakı 12°C

İran Prezident Aparatının rəhbəri: “Azərbaycanla hərtərəfli əlaqələri inkişaf etdirməkdə maraqlıyıq”

23.12.20 11:15 407
İran Prezident Aparatının rəhbəri: “Azərbaycanla hərtərəfli əlaqələri inkişaf etdirməkdə maraqlıyıq”
"İran Azərbaycanla sərhədi sülh və dostluq sərhədi bilir”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə deyib.
İranın həmişə ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayan M. Vaezinin sözlərinə görə, İran həmişə bu düşüncədə olub ki, qonşu ölkələr arasında ixtilaflar müzakirə yolu ilə həll olunmalıdır.
O bildirib ki, İran, Azərbaycan, Rusiya, Türkiyə və Ermənistan arasında beştərəfli görüşün keçirilməsi qonşu ölkələr arasında yaxınlaşmaya, konstruktiv və faydalı regional iqtisadi əməkdaşlığın inkişafına səbəb ola bilər.
Prezident Aparatının rəhbəri qeyd edib ki, İran Azərbaycanla hərtərəfli əlaqələri inkişaf etdirməkdə maraqlıdır: "İki ölkə bütün gücünü müştərək layihələrin, o cümlədən dəmir yolu, elektrik stansiyası və su bəndlərinin tikintisi kimi layihələrin icrasının sürətləndirməsi üçün səfərbər etməlidir”.
M. Vaezi əlavə edib ki, Azərbaycan və İran müştərək iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasının 2021-ci ilin yanvar ayının 21-də keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Ş. Mustafayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində iki ölkənin sərhədini dostluq və sülh sərhədi bilir.
O, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan ərazi bütövlüyü ilə bağlımövqeyinə görə İrana təşəkkür edib.
banner

Oxşar Xəbərlər