• cümə axşamı, 18 aprel, 13:37
  • Baku Bakı 22°C

İran Konstitusiyaya Nəzarət Şurası: Əcnəbilərin bizim seçkiləri müşahidə etməsinə ehtiyac yoxdur

17.05.17 16:10 981
İran Konstitusiyaya Nəzarət Şurası: Əcnəbilərin bizim seçkiləri müşahidə etməsinə ehtiyac yoxdur
"İlk turda qalib müəyyən olunmasa, gələn həftənin cümə günü ikinci tur keçiriləcək”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu Konstitusiyaya Nəzarət Şurasının üzvi və sözçüsü Abbasəli Kədxudayi deyib. O bildirib ki, seçkilər ikinci tura qalarsa, ilk turun yekun nəticələri açıqlandığı vaxtdan 2-ci turdan bir gün öncəyə qədər namizədlər təbliğat kampaniyası apara biləcək.
A. Kədxudayi əcnəbi müşahidəçilərin seçkilərdə müşahidə aparmasına dair suala cavabında qeyd edib ki, beynəlxalq qurumlar və digər ölkələr tərəfindən seçkilərin müşahidəsini aparmaq razılaşma yolu ilə baş tutur: "Adətən belə hallar o ölkələrdə olur ki, həmin ölkələrdə problemlər yaşanır. İslam Respublikasında seçkilər xalq tərəfindən keçirilir. Əcnəbilərin bu seçkiləri müşahidə etməsinə ehtiyac yoxdur. Baxmayaraq ki, bizim bundan çəkinəcəyimiz də yoxdur”.
A. Kədxudayi daxili işlər nazirinin seçkilərin birmərhələli olacağına dair sözlərinə də reaksiya verib: "Seçkilərdə nə baş verəcək, bilmirəm. Mən münəccim deyiləm və xahiş edirəm ki, DİN-dəki dostlarımız güman və münəccimlik əsasında danışmasınlar”.
Xatırladaq ki, İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli bu gün keçirdiyi mətbuat konfransındaAPA-nın sualını cavablandırarkən seçkilərdə ikinci turun gözlənilmədiyini söyləyib.
Qeyd edək ki, İranda prezident seçkiləri mayın 19-da keçiriləcək.
banner

Oxşar Xəbərlər