• şənbə, 20 Aprel, 08:39
  • Baku Bakı 14°C

İran bazarın stabilləşməsi üçün neft istehsalçılarını əməkdaşlığa çağırıb

09.12.16 10:24 901
İran bazarın stabilləşməsi üçün neft istehsalçılarını əməkdaşlığa çağırıb
Neft bazarının stabilləşməsinə dair noyabrda əldə olunan razılaşmasının icrasını təmin etmək üçün OPEK-ə üzv olan ölkələr birgə çalışmalıdırlar.
APA-nın "Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə İran prezidentiHəsən Ruhanibildirib.
"OPEK-ə üzv və qeyri-üzv ölkələrin sıx əməkdaşlığı neftin qiymətinin stabilləşməsi və qalxması üçün əsas şərtdir”, - deyə Ruhani venesuelalı həmkarı Nikolas Maduro ilə telefon danışığı zamanı bildirib.
"Mən, Əlcəzair və Vyanadakı görüşlərdə əldə edilən razılaşmaların şərtlərinin icrası üçün zəmin yaradacam”, - deyə o əlavə edib.
Qeyd edək ki, OPEK noyabrın 30-da neft hasilatının sutkalıq həcminin, ümumilikdə, 32,5 mln. barel azaldılmasına dair razılıq edib.
OPEK-ə üzv olmayan ölkələrin görüşü dekabrın 10-da Vyanada keçiriləcək. OPEK görüşə 14 ölkə dəvət edib.
banner

Oxşar Xəbərlər