• çərşənbə axşamı, 23 aprel, 23:06
  • Baku Bakı 20°C

İqtisadiyyat Nazirliyində növbəti "Açıq qapı" günü keçirilib

27.04.17 22:23 1190
İqtisadiyyat Nazirliyində növbəti "Açıq qapı" günü  keçirilib
İqtisadiyyat Nazirliyində "Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq müxtəlif formatlı tədbirlər keçirilir.
Növbəti belə tədbir - "Açıq qapı" günü aprelin 26-də Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının üzvləri üçün təşkil olunub. Gənclər Təşkilatları Milli Şurasına üzv olan 10-dan çox təşkilatının nümayəndələrinə İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, təqdimat keçilib.
Sonra tədbir iştirakçıları İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinin iş prosesi ilə əyani şəkildə tanış olublar.
Tədbir iştirakçıları ilə əməkdaşlığın davam etdirilməsi istiqamətləri barədə müzakirələr aparılıb, bu cür tədbirlərin Nazirliyin fəaliyyəti ilə bağlı dolğun və geniş informasiya əldə olunmasında, vətəndaş cəmiyyəti ilə əlaqələrin genişlənməsində əhəmiyyəti vurğulanıb.
banner

Oxşar Xəbərlər