• çərşənbə, 24 Aprel, 02:20
  • Baku Bakı 14°C

İqtisadiyyat Nazirliyi qeyri-neft məhsulları ixracatçılarına müraciət edib

24.10.16 17:53 1418
İqtisadiyyat Nazirliyi qeyri-neft məhsulları ixracatçılarına müraciət edib
İqtisadiyyat Nazirliyi qeyri-neft məhsullarının ixracatçılarına müraciət edib.

İqtisadiyyat Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaya uyğun olaraq qeyri-neft məhsullarının ixracatçıları ixrac təşviqinin əldə edilməsi üçün İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

İxrac təşviqi Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarı ilə təsdiq edilmiş "İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı" və "Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar" əsasında ödəniləcək.

"Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası"nın, "İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı"nın və "Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar"ın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarınıyükləyə bilərlər.
banner

Oxşar Xəbərlər