• cümə, 26 Aprel, 00:18
  • Baku Bakı 16°C

İqtisadiyyat Nazirliyi Qazaxıstana ixrac missiyası təşkil edəcək

04.03.17 15:47 972
İqtisadiyyat Nazirliyi Qazaxıstana ixrac missiyası təşkil edəcək
İqtisadiyyat Nazirliyi aprelin 23-dən 26-na qədərQazaxıstanın Astana və Almatı şəhərlərinə ixrac missiyası təşkil edəcək.
Nazirlikdən "Report"a bildirilib ki, missiya tikinti və abadlıq materiallarının istehsalı, kimya sənayesi, maşınqayırma, ətir və kosmetika istehsalı, meyvə-tərəvəz, konservləşdirilmiş qida, çayməhsulları, spirtli və spirtsiz içkilər, yüngül sənaye sahələrini əhatə edəcək.
Qazaxıstana gedəcəkixracatçılar müsabiqə əsasında seçiləcəklər.
Müsabiqənin təşkilatçısıİqtisadiyyat Nazirliyi vəAzərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur ("Azpromo").
İxrac missiyalarında iştirak etmək istəyənlər tələb olunan sənədləri martın 17-na qədərFonda təqdim etməlidirlər.
Müsabiqəmartın 28-də "Azpromo"da (Bakı Biznes Mərkəzi, Neftçilər prospekti, 32, elektron ünvan:[email protected]. tel: +99412 5980147/48)təşkil olunacaq.
banner

Oxşar Xəbərlər