Mayın 20-də İqtisadiyyat
naziri Şahin Mustafayev Goranboyda Gəncə, Naftalan, Xocalı şəhərlərindən və Goranboy rayonundan olan vətəndaşları
qəbul edəcək.
Vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər
Əliyev Mərkəzində (ünvan: Dədə Qorqud küç., 27) keçiriləcəkdir.
Qəbula
gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün İqtisadiyyat Nazirliyinin
office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05),
(055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), 195-2
Çağrı Mərkəzi, Nazirliyin Gəncə-Qazax regional bölməsi (ünvan: Gəncə şəhəri,
Heydər Əliyev Meydanı, İnzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə
telefonu: (022) 256-13-78, (050) 395-91-97, elektron poçt ünvanı:
arzu.haciyev@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.
Bununla
yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet və "facebook"
səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və
rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula
yazıla bilərlər.