• cümə axşamı, 25 aprel, 23:07
  • Baku Bakı 21°C

“İqtibaslar” kitabının növbəti sayı işıq üzü görüb

22.10.16 16:47 1171
“İqtibaslar” kitabının növbəti sayı işıq üzü görüb
"İqtibaslar: Azərbaycan Prezidenti İlham Əliyev dövlət quruculuğunun əsas istiqamətləri haqqında"kitabının növbəti sayı işıq üzü görüb. Eyni zamanda sözügedən vəsaitin elektron versiyası (www.azleadersays.com/az) da oxucuların ixtiyarına verilib. Yeni kitab və onun elekton versiyası oxuculara prezident İlham Əliyevin dövlət quruculuğuna dair əsas məsələlər barədə nə düşündüyü haqda məlumat əldə etmək imkanı verir. Burada Cənubi Qafqazın aparıcı ölkəsinin birinci şəxsinin demokratik proseslər, xarici siyasət, münaqişələr, təhlükəsizlik problemləri, terrorçuluqla mübarizə, iqtisadiyyat, dünya ictimaiyyətinə inteqrasiya, roegional layihələr və sair haqqında ən vacib sitatları yer alır. Bu informasiya məhsulu həm yerli, həm də əcnəbi diplomatlar, politoloqlar, dövlət və ictimai xadimlər, analitiklər, alimlər, gənc mütəxəssislər və digərləri üçün Azərbaycan prezidentinin baxışları və prinsiplərinin toplandığı faydalı mənbədir. Kitab və onun elektron versiyası informasiya məkanının sistemləşdirilməsi, Azərbaycan prezidentinin dəqiq fikirlərini birinci ağızdan geniş ictimaiyyətə çatdırılması məqsədilə hazırlanıb.
Qeyd edək ki, analitiklər üçün də ən yaxşı mənbə, dövlətin birinci şəxsinin mövqeyi, onun səsləndirdiyi arqumentlər, plan və perspektivlərdir. Bu baxımdan, "İlham Əliyevdən"İQTİBASLAR": Azərbaycan Prezidenti dövlət quruculuğunun əsas istiqamətləri haqqında" kitabının yaradılması zərurəti ortaya çıxıb. Kitabda prezident İlham Əliyevin ən vacib bəyanatları və xüsusi diqqət cəlb edən sitatları siyasi redaktəsiz və şərhsiz dərc edilib. Burada dünyanın maraqları kontekstində Azərbaycanı narahat edən bütün problemlərlə bağlı dövlət başçısının fikirləri öz əksini tapıb. Oxucu Azərbaycan prezidentinin xarici siyasət və iqtisadiyyat prioritetləri, geosiyasi və geoiqtisadi layihələr, münaqişələrin həlli prinsipləri, demokratiya və insan haqları məsələlərinə baxışı, dünya birliyinə inteqrasiya, sabitlikdən inkişafa keçid proqramı və bir çox digər məsələlərlə tanış olmaq imkanı qazanır.
Onu da əlavə edək ki, bu toplu Azərbaycanı dünyada gedən qlobal proseslər kontekstində tədqiq etmək istəyənlər üçün də qiymətli mənbə və stolüstü kitaba çevriləcək. Burada ölkənin regional əhəmiyyətini, inkişaf templərini, iqtisadi və sosial inkişafını araşdırmaq niyyətində olan xarici diplomatlar, politoloqlar, alimlər, tələbələr üçün çox qiymətli və əhatəli materiallar əksini tapıb. Tədris vəsaiti funksiyalarına malik olan bu kitabda prezident İ.Əliyevin çıxışları tematik bloklarla verilib ki, bu da məlumat axtarışını, araşdırmanı və müqayisəli təhlili asanlaşdırır, bu və ya digər mövzunun inkişafını ardıcıl şəkildə izləməyə imkan verir. Azərbaycanın inkişafının vacib mərhələlərini əhatə edən bu nəşr suveren ölkəmizin tarixşünaslığına əvəzsiz töhvələr verəcək.
banner

Oxşar Xəbərlər