• cümə, 29 Mart, 12:53
  • Baku Bakı 14°C

İqdır-Naxçıvan yolunda qəzada ölən və yaralananlar arasında azərbaycanlılar var

20.02.17 14:30 1229
İqdır-Naxçıvan yolunda qəzada ölən və yaralananlar arasında azərbaycanlılar var
Bu gün səhər saatlarında Türkiyə və Naxçıvan arasındakı Dilucu sərhəd-keçid məntəqəsi yaxınlığındakı yolda ağır yol qəzası baş verib.
APA-nın "Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, İqdır rayonunun Aralıq rayonu və Dilucu sərhəd-keçid məntəqəsi arasındakı yolda iki sərnişin avtobusu toqquşub.
Qəzaya səbəb havanın dumanlı olması və ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi olub.
İqdır Valisi Əhməd Turqay Alpman qəza nəticəsində 6 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını bildirib.
Qəza yerinə çoxlu sayda təcili yardım və polis maşınları göndərilib.
Azərbaycanın Qarsdakı Baş konsulluğundanAPA-ya bildirilib ki,İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ölən və yaralananlar arasında azərbaycanlılar da var.
banner

Oxşar Xəbərlər