• cümə axşamı, 18 aprel, 05:20
  • Baku Bakı 15°C

İpoteka kreditləri üzrə orta aylıq ödəniş 319 manatdır

14.05.13 13:41 1680
İpoteka kreditləri üzrə orta aylıq ödəniş 319 manatdır
Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin orta məbləği 38 749 manat təşkil edir. «APA-Economics»in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bir il əvvəl ilə müqayisədə ipoteka kreditlərinin orta məbləği 1,1% azalıb.
İpoteka kreditləri orta hesabla 278 aylığa, illik 6,99%-lə verilir. Bir il əvvələ nisbətən ipoteka kreditlərinin orta illik faiz dərəcəsi də aşağı düşüb - bir il əvvəl kreditlər illik 7,21%-lə verilirdi.
Hazırda ipoteka kreditləri üzrə aylıq ödənişin orta məbləği 319 manat təşkil edir. Bu isə bir il əvvəl ilə (308,5 manat) müqayisədə 3,4% artıqdır.
banner

Oxşar Xəbərlər