• şənbə, 20 Aprel, 08:19
  • Baku Bakı 14°C

İpəkçiliyin inkişafına 4,5 milyon manat ayrılıb

19.05.17 18:47 1606
İpəkçiliyin inkişafına 4,5 milyon manat ayrılıb
Azərbaycan prezidentiİlham Əliyevölkədə ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər