• şənbə, 20 Aprel, 11:22
  • Baku Bakı 14°C

İnterpolun axtardığı azərbaycanlı Türkiyəyə keçərkən saxlanıldı

19.09.13 17:02 1361
İnterpolun axtardığı azərbaycanlı Türkiyəyə keçərkən saxlanıldı
İnterpolun axtardığı Azərbaycan vətəndaşı Ümid Ramazanov Gürcüstan–Türkiyə sərhədini keçərkən saxlanılıb. Lent.az-ın Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, 26 yaşlı həmyerimiz “Sarpi” sərhəd-keçid məntəqəsində yaxalanıb.
Ü.Ramazanov Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən 11 sentyabr 2013-cü il tarixdən külli miqdarda oğurluq etdiyi üçün axtarışa verilib. O, avqustun 18-də Q. Ramazanovun evinə soxularaq, divardakı dəmir seyfi qırıb və 200 min manatı oğurlayıb. Ü. Ramazanovu 12 ilədək azadlıqdan məhrumetmə gözləyir.
Qeyd edək ki, saxlanılan şəxs Acariya – Quriya regional müvəqqəti saxlama təcridxanasına salınıb və üzərində ekstradisiya öncəsi prosedurlar aparılır.
banner

Oxşar Xəbərlər