• cümə, 19 Aprel, 10:26
  • Baku Bakı 13°C

İnternetin keyfiyyəti artacaq

11.09.13 14:19 1352
İnternetin keyfiyyəti artacaq
Avropa-Yaxın Şərq informasiya magistralı (Europe Persia Express Gateway - EPEG) kommersiya istifadəsinə verilib.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla bağlı bu gün layihəni həyata keçirən, “Rostelekom”, “Vodafone”, “Telecommunications Infrastructure Company (TIC)” və “Oman Telecommunications Company (Omantel)” şirkətlərindən ibarət beynəlxalq konsorsium rəsmi məlumat yayıb.
Avropa ilə Yaxın Şərqi Frankfurtdan Barkiyədək birləşdirən Avropa-Yaxın Şərq informasiya magistralı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə həyata keçirilən mühüm beynəlxalq layihələrdən biridir. Bu ilin yanvar ayından etibarən magistralda test işləri aparılır və hazırda layihə çərçivəsində son tamamlama işləri həyata keçirilir. Layihənin həyata keçirilməsi üzrə konsorsium 2011-ci ilin may ayında yaradılıb. “Cable & Wireless”-in qurduğu magistral Avropanı Ukrayna ilə, Rusiyanın sərhədinə kimi birləşdirir, Rusiya-Ukrayna sərhədindən Azərbaycan seqmenti üzərindən İrana doğru davam edir. İranla Fars körfəzi arasında fiber-optik kabel magistralının çəkilməsi işinə “TIC” şirkəti, layihənin Omana qədər davam edən seqmentinin tikintisinə isə “Omantel” şirkəti cavabdehdir. Yeni kabel magistralının planlaşdırılan tutumu 0,5 Tbit/s təşkil edir. “EPEG” şəbəkəsinin ümumi uzunluğu 6 min km, onun ümumi qiyməti isə 200 mln. dollar təşkil edir.
Azərbaycan seqmentinin tikintisini ölkədə ilk internet “backbone” “Delta Telecom” şirkəti həyata keçirib. Beynəlxalq fiber-optik magistralın Azərbaycan seqmentinin tikintisi çərçivəsində təkcə avadanlığın alınmasına 3 milyon avro xərclənib. Bu layihəyə qoşulmaqla Azərbaycanın ən iri ilkin provayderi “Delta Telekom” şirkəti 3,2 Tbit/s sürətlə trafik ötürəcək. Bu da ölkə daxilində göstərilən internet xidmətlərinin həm qiymətinə, həm də keyfiyyətinə müsbət təsir göstərəcək.
banner

Oxşar Xəbərlər