• cümə, 19 Aprel, 16:43
  • Baku Bakı 25°C

“İnter“in baş məşqçisi: “Ad günümdü, “Qarabağ“ı məğlub etməliyik“

01.10.14 17:43 1403
“İnter“in baş məşqçisi: “Ad günümdü, “Qarabağ“ı məğlub etməliyik“
“Nahaq yerə “Qarabağ”ı qiymətləndirməmişik. “Qarabağ”ı qiymətləndirməmək mümkün deyil. “Qarabağ” kifayət qədər yaxşı komandadır, ciddi rəqibdir”. Lent.az-ın xəbərinə görə, bu sözləri İtaliyanın “İnter” klubunun baş məşqçisi Valter Maççarri yerli mediaya açıqlamasında bildirib.
V.Maççari “Qarabağ”la oyuna məsuliyyətlə yanaşdıqlarını da sözlərinə əlavə edib: “Qarabağ”la oyuna ciddi məsuliyyətlə hazırlaşırıq. Bu gün (oktyabrın 1-də anadan olub V.Maççari-red) mənim ad günümdür. Oyunçularımdan xahiş edirəm, “Qarabağ”ı məğlub edin və qələbəni ad günümə hədiyyə edin”.
banner

Oxşar Xəbərlər