“İnter” sponsorunu dəyişir?
İtaliya "İnter”i
"Nike”la 20 illik əməkdaşlığı yekunlaşdıra bilər.
Kaspi.az xəbər
verir ki, "Adidas” "İnter”lə əməkdaşlığa
maraq göstərir. "Nike” texniki sponsorluğa görə hər mövsüm "İnter”in büdcəsinə
10 milyon avro ödəyir.
Bu da digər
Avropa nəhənglərinin sponsorluq müqavilələrini nəzərə aldıqda, olduqca aşağı rəqəmdir.
Məsələn, "Adidas” "Yuventus”a hər mövsüm 51 milyon avro ödəyir.
Hazırda "Adidas”
İtaliya futbolunda yalnız "Yuventus”la əməkdaşlıq edir. Kompaniya A seriyasında
əhatə dairəsini genişləndirməkdə maraqlıdır. "Adidas” "Milan”la əməkdaşlığa ötən
il son verib. Ona görə də "İnter”lə əməkdaşlıq cəlbedici sayıla bilər.
"İnter”in baş
direktoru Cüzeppe Marotta "Yuventus”da çalışarkən "Adidas”la bağlanan müqavilədə
müstəsna rol oynayıb. "İnter”də ümid edirlər ki, Marotta əlaqələrindən
yararlanaraq hazırkı klubu üçün də cəlbedici müqavilə bağlaya bilər.