“İnter” onu “əsir” saxlayır ki, “Milan”a getməsin
"İnter”in sabiq
baş məşqçisi Luçano Spalletti istefaya göndərildiyi üçün klubdan 5 milyon avro
kompensasiya tələb edir.
Kaspi.az xəbər
verir ki, "İnter” rəhbərliyi isə bu vəsaiti ödəməyə hazır deyil. Spalletti
"Milan”ı çalışdırmağa namizəddir. Ancaq bunun üçün ilk növbədə "İnter”lə
münasibətləri qaydasına salmalıdır.
Məsələ
burasındadır ki, Spallettinin "İnter”lə müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə
tutulmuşdu. O, istefaya göndərilsə də, "İnter”dən aylıq məvacibini alır.
Mütəxəssis klub
rəhbərliyinə təklif edib ki, yerdə qalan 2 il üçün 5 milyon avro ödəsinlər və
müqaviləyə xitam verilsin. Ancaq klub rəhbərliyi onun bu təklifini hələ ki, qəbul
etmir.
Məlumata görə,
"İnter” rəhbərliyi Spallettinin məhz "Milan”ı çalışdırmasının qarşısını almaq
üçün belə edir.