• cümə, 29 Mart, 14:10
  • Baku Bakı 14°C

İntəhası...

26.10.18 17:00 4667
İntəhası...
Könül Əliyeva-Cəfərovanın "İntəhası...” adlı yeni layihəsini təqdim edirik. İntəhası, qonağımız rejissor Əlif Cahangirdir.
1. Şekspir "dünya bir səhnədir, biz insanlar aktyor” – deyir. İntəhası… nə o səhnədən, nə də o aktyorlardan bir şey qalmayıb. Şekspir burada Allaha olan inamından bəhs edir. O səhnə ki, Allahsızdır, o dağılmağa məhkumdur.
2. Min kilometr uzunluğunda olan yol sadəcə bir addımla başlayır. İntəhası... önəmli olan o bir addımın hansı yolda atıldığıdır. İstənilən halda yaxşı başlanğıc uğurun yarısı hesab edilir.
3. Hər halda ədalət var. İntəhası... ədalət indi o halda deyil.
4. Azərbaycan teatrı qədim köklərə malikdir. İntəhası... işıqlı gələcək vəd edən potensiala malik deyil!
5. Kinonun vətəni Fransadır. İntəhası... dolmanın da vətəni Azərbaycandır.
6. Nizami Gəncədə doğulub. İntəhası... elə bil heç orada yaşamayıb. Məsələn, Konya (Türkiyə) Nizamidən bəhrələnən Mövlanəsiylə məşhurdur. Konyanın təbiətindən Mövlanənin ətrini duyursan. Həqiqət budur ki, Konya Türkiyədə Mövlanəsiylə, Gəncə Azərbaycanda dovğasıyla məşhurdur.
7. Allah bizim Allahdır. İntəhası... erməniyə də kömək olur.
8. Teatr bir xalqın kültür səviyyəsinin aynasıdır. İntəhası... bircə bildiyim odur ki, bizdə tamaşaları həmişə Aztv çəkir.
9. Baxdım ki, sənə
acıqlı deyiləm,
incik deyiləm,
küskün deyiləm,
Qısacası artıq
mən sənə "heç bir şey”
deyiləm... İntəhası... Cemal Süreya bizim üçün çox şeydir...
10. Nağılların sonunda göydən üç alma düşür. İntəhası... nağıla inandığın halda o alma sənə düşür. Heç vaxt nağıllara inanmamışam. Ona görə də həmişə məni sondakı o üç almadan çox, əvvəldəki "biri vardı, biri yox" düşündürüb.
banner

Oxşar Xəbərlər