• cümə axşamı, 28 mart, 17:37
  • Baku Bakı 16°C

"Instagram"da narkotiklərin qəbulunu təbliğ edən şəxs həbs edilib

06.03.21 13:00 742
"Instagram"da narkotiklərin qəbulunu təbliğ edən şəxs həbs edilib
Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir nəfər saxlanılıb.
DİN-in Mətbuat XidmətindənAPA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarınınhəyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində "Instagram” sosial şəbəkəsində narkotik vasitələrin təbliği ilə məşğul olan Əli İsmayılzadə tutulub. Həmin şəxs ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib və əməlindən peşman olduğunu bildirib.
Ə. İsmayılzadə barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə o, 30 sutka inzibati qaydada həbs edilib.

banner

Oxşar Xəbərlər