• çərşənbə, 24 Aprel, 10:07
  • Baku Bakı 13°C

“İnşaatçılar” metro stansiyasının birinci vestibülü yenidən sərnişinləri qəbul etməyə başlayıb

18.04.17 11:50 933
“İnşaatçılar” metro stansiyasının birinci vestibülü yenidən sərnişinləri qəbul etməyə başlayıb
Aprelin 18-dən "İnşaatçılar” metro stansiyasının birinci vestibülü yenidən sərnişinləri qəbul etməyə başlayıb.
Bu barədə "Kaspi"yə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
O bildirib ki, 1986-cı ildə istifadəyə verilmiş stansiyanın birinci vestibülü təmir-bərpa işlərinin aparılması, xüsusən də istismar müddətini baş vurmuş eskalatorların müasir analoqları ilə əvəzlənməsi məqsədilə 2017-ci il yanvarın 23-dən sərnişinlərin giriş-çıxışına bağlanıb.
Təmir müddətində stansiyanın 30 illik istismar müddətini baş vurmuş ET-5 tipli 3 eskalatoru Almaniyanın "Thyssen Krupp” şirkətinin "Tugela” tipli analoqları ilə əvəzlənib. Bu eskalatorlar daha qənaətcil, yığcam, lakin iş qabiliyyəti və funksionallığı daha təkmilləşdirilmiş, həm də müasir estetik görkəmi ilə seçilir.
Ötən müddət ərzində eskalatorların maşın zalı, vestibülün kassa zalı tam yeniləşdirilib, mərmər-qranit örtüyü dəyişdirilib. Sərnişin keçid məntəqəsində yeni avtomat-nəzarət buraxılış köşkü və aparatları qoyulub. Əvvəlki kassa zalının qarşısında "BakıKart” kart yükləmə və satışı aparatlarının rahat və sərnişinlərə maneə törətmədən yerləşdirilməsi üçün xüsusi yer inşa olunub. Bundan savayı, həm girişdə eskalatorlara qədər, həm də eskalatorlardan çıxış qapısına qədər relyefli səthə malik tametdən yaradılmış zolaq tətbiq edilib və bu, görmə məhdudiyyətli sərnişinlərin səmti asanlıqla müəyyənləşdirməsi üçün nəzərdə tutulub.
Təmir dövründə vestibülün bütün elektrik təchizatı, yanğın təhlükəsizliyi və elektromexaniki qurğuları yeniləşdirilərək müasir tələblər səviyyəsinə çatdırılıb.
Aygün
banner

Oxşar Xəbərlər