• cümə, 29 Mart, 15:44
  • Baku Bakı 14°C

İnnovativ texnologiyaların tətbiqi islahat proqramında prioritetdir

23.05.20 12:15 474
İnnovativ texnologiyaların tətbiqi islahat proqramında prioritetdir
"Prezident İlham Əliyev innovativ texnologiyaların tətbiq edilməsini ölkəmizin islahat proqramında prioritet məsələlərdən biri hesab edir. Xidmətin bu cür təşkili bürokratik maneələri aradan qaldırır, vətəndaşların rahatlığına və məmnunluğuna səbəb olur. Buna misal olaraq ASAN xidmətin yaranmasını göstərmək olar və kommunal layihələr bir mərkəzdən idarə olunmaqla öz həllini tapır. Sosial xidmət sahəsində isə innovativliyin yaranması məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi vasitəsilə həyata keçirilir. DOST mərkəzlərinin yaradılması bu sahədə əhaliyə göstərilən sosial xidmətin operativliyini, etibarlılığını, vətəndaşlarla dövlət qurumları arasında ünsiyyət və təmasların minimuma endirilməsi məqsədi daşıyır. Bir il əvvəl fəaliyyətə başlayan DOST mərkəzləri bu vəzifənin öhdəsindən uğurla gəlir və ona bəslənilən ümidləri doğruldur. Burada əhaliyə göstərilən xidmətlərdən məmnunluq dərəcəsinin də 96 faiz olması bu layihənin uğurunun göstəricisidir”.
Bu fikirləri yap.org.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, yeni açılan DOST mərkəzlərində "bir pəncərə” prinsipli ilə 2,8 milyon insana 132 xidmət göstəriləcək. 2006-cı ildə ünvanlı sosial yardım almaq üçün vətəndaş müxtəlif ünvanlardan 16 sənəd toplayıb təqdim etməli idi. Bu gün vətəndaş yalnız bir sənəd - ailə tərkibi haqqında arayışla yazdığı ərizəni əlavə etməklə bu yükdən qurtulmuş olur.
"Qalan digər məlumatları mərkəz elektron hökumət vasitəsilə əldə edəcək. Bu, o deməkdir ki, innovativ texnologiyaların tətbiqi həyatımızı yaxşılaşdırır, sosial müdafiəni gücləndirir, vətəndaş və dövlət arasındakı münasibətləri daha da möhkəmləndirir. Bu cür layihələrin həyata vəsiqə alması bir daha sübut edir ki, həmin layihələrin hamısının arxasında əhalinin sosial rifahını yüksəltmək, ona göstərilən sosial xidmətin keyfiyyətinin yaxşılaşdırılması və vətəndaş məmnunluğuna nail olmaq dayanır. Bu cür xidmətlər vasitəsilə vətəndaşlar pandemiya dövründə evdə oturaraq bir sıra sosial və kommunal xidmətlərlə təmin olundu. Həm də yeni texnologiyaların tətbiqi ölkəmizdə həyata keçirilən müasir yeniliklərin üstünlüklərini, həyata keçirilən siyasətin doğruluğunu sübut etdi”-deyə, komitə sədri vurğulayıb.
banner

Oxşar Xəbərlər