• çərşənbə, 24 Aprel, 13:39
  • Baku Bakı 27°C

İnnovasiya trendinin lokomotivi

06.12.17 20:51 2941
İnnovasiya trendinin lokomotivi
BakuTel-2017 beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları” sərgisi çərçivəsində "Nar” media nümayəndələrini mobil operatorun ən son nailiyyətləri ilə tanış etdi. Belə ki, "Nar” şəbəkəsi işğaldan azad edilmiş bölgələr də daxil olmaqla, ölkə ərazisinin 93%-ni əhatə edir. 2017-ci ildə ilk dəfə olaraq bölgələrdə, o cümlədən Gəncə şəhərində də istifadəyə verilmiş yeni 4G (LTE) baza stansiyaları ilə birlikdə 400-dən çox LTE stansiyası quraşdırılıb və "Nar” LTE baza stansiyalarının ümumi sayını artıq 1000-ə çatdırıb. Bu il 300-dən çox yeni 3G baza stansiyası istismara verilib. 3G ATM (Asynchronous Transfer Mode) transmissiya xətləri müasir tələblərə cavab verən IP (Internet Protocol) texnologiyalı xətlərlə əvəz edilib və "Son məntəqələr arasındakı tutum” (Last Mile Capacity) üzrə 66% artım müşahidə edilib.
"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq, qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.
Mobil operatorun əsas uğurlarından danışan "Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke təqdim etdikləri sərfəli məhsullar və şəbəkə infrastrukturuna yatırdıqları irihəcmli sərmayə sayəsində, bu il şəbəkənin müstəqil sınaqlarının nəticələrinə əsasən, "Nar”ın mobil zəng xidmətləri üzrə ölkədə ən yüksək göstəriciyə nail olduğunu bildirdi: "Azərbaycanın bütün ərazilərində, həmçinin işğaldan azad edilmiş Cocuq Mərcanlıda bizim xidmətdən istifadə edə bilirlər. Bizim şirkət innovasiya trendinin lokomotivi kimi qiymətləndirilir. Şəbəkədə data trafikinin həcmi 58%, internet məmnuniyyəti üzrə istehlakçı loyallığı indeksi isə iki dəfə artaraq, bu günə qədər olan ən yüksək həddə çatıb. "Nar” təkcə sərfəli mobil rabitə deyil, həmçinin mobil rabitə və data xidmətində də digər operatorlarla rəqabət aparmağa başlayıb”. İcraçı direktor ölkədə mobil rabitə, fiber-optik texnologiya əsasında yüksəksürətli sabit internet və IPTV xidmətlərini vahid platforma üzərindən təklif etmiş ilk mobil operator olan "Nar”ın "Qutu” məhsulu haqqında da məlumat verdi: "Bu məhsuldan yararlanan abunəçilər rabitə xərclərinə qənaət edir, ödəniş üçün əlavə vaxt itirmədən müxtəlif xidmətlərdən yararlanırlar”. "Nar”ın sponsorluq fəaliyyəti və korporativ sosial məsuliyyət (KSM) strategiyasından söhbət açan icraçı direktor ölkədə keçirilən mühüm idman layihələrinin tərəfdaşı kimi böyük təcrübə qazanmış "Nar”ın, 2015-ci ildə Bakıda təşkil edilmiş ilk Avropa Oyunları, Bakı-2017 İslam Həmrəyliyi Oyunları və qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin rəsmi telekommunikasiya tərəfdaşı seçildiyini qeyd etdi. Belə ki, KSM strategiyası çərçivəsində fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulmuş "Təlim məktəbi” layihəsinin də önəmi vurğulandı: "Artıq 3 ildən çoxdur ki, "Nar” fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif addımlar atır. Layihənin məqsədi fiziki məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və fiziki məhdudiyyətli şəxslərə mənəvi dəstək göstərməklə, onları cəmiyyətə qazandırmaqdır”.
Görüş zamanı səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidməti təqdim edildi.

banner

Oxşar Xəbərlər