• cümə axşamı, 28 mart, 14:59
  • Baku Bakı 16°C

İngiltərədə qaz vurub, qazan dolduranlar

12.02.20 12:22 2023
İngiltərədə qaz vurub, qazan dolduranlar
İngiltərə Premyer Liqasında ən çox məvacib alan futbolçuların siyahısı yayılıb.
Kaspi.az xəbər verir ki, siyahını Spotrac.com saytı əldə edib. Maraqlıdır ki, ən çox məvacib alan 10 futbolçu arasında "Liverpul”un oyunçusu yoxdur.
Premyer Liqada ən çox qazanan futbolçu "Mançester Yunayted”in qapıçısı De Heyadır. Onun illik məvacibi 19,5 milyon funtdur (23 milyon avro).
"Mançester Siti”nin futbolçusu Kevin de Bröyne ikinci yerdədir – 19,8 milyon avro. Müqavilə ilə "Mançester Yunayted”ə məxsus olan Aleksis Sançesin illik qazancı 19,4 milyon avrodur.
Sonrakı pillələrdə də MY-nin futbolçuları qərarlaşıb: Antoni Pol Poqba – 17,8, Marsyal – 15,4 milyon avro.
İlk "onluqa”da Rahim Sterlinq, Harri Keyn, Harri Maquayr, Məsut Özil, Kepa Appisabalaqa da var.
banner

Oxşar Xəbərlər