• cümə axşamı, 28 mart, 22:04
  • Baku Bakı 13°C

İngiltərədə karantinin ləğvi dörd mərhələli plan əsasında həyata keçiriləcək

23.02.21 09:45 467
İngiltərədə karantinin ləğvi dörd mərhələli plan əsasında həyata keçiriləcək
Britaniyanın Baş naziri Boris Conson dörd mərhələli planını açıqlayaraq İngiltərənin karantindən çıxması ilə bağlı məlumat verib.
APA-nın Avropa müxbirinin verdiyi məlumata görə, bunun üçün ilk addım olaraq İngiltərədə 8 martda məktəblər yenidən açılacaq və iki nəfərin çöldə bir-birilə görüşməsinə icazə veriləcək. 29 martda isə 6 nəfərə qədər insanlar bir araya gələ biləcək.
Baş nazirin planının ikinci addımında isə 12 apreldə qeyri-zəruri mağazaların, idman zallarının və bərbərxanaların açılacağı nəzərdə tutulur. Üçüncü addımın tətbiqi zamanı - 17 maydan etibarən, demək olar ki, bir çox sosial əlaqəni məhdudlaşdıran qaydalar aradan qaldırılacaq.

Boris Conson bildirib ki, sonuncu mərhələ olaraq 21 iyunda sosial təmasla bağlı bütün qaydaların ləğv olunacağı gözlənilir. O qeyd edib ki, buna baxmayaraq, əgər yoluxma sayında ciddi artım olarsa, bu, təxirə salına bilər.
Qeyd edək ki, Şotlandiya, Uels və Şimali İrlandiya öz yerli qanunvericiliyinə tabedir.
banner

Oxşar Xəbərlər