• cümə axşamı, 25 aprel, 04:22
  • Baku Bakı 19°C

İngiltərə klubunun sahibi Ben Ladenin ailəsini təriflədi

20.09.19 13:45 571
İngiltərə klubunun sahibi Ben Ladenin ailəsini təriflədi
"Şeffild Yunayted”in sahibi şahzadə Abdulla Ben Ladenin ailəsi ilə əlaqələrindən danışıb.
Kaspi.az xəbər verir ki, bu ilin mayında xəbər yayılmışdı ki, "Şeffild Yunayted” Ben Ladenin ailəsindən 3 milyon funt kredit götürüb. Məsələ London Ali Məhkəməsinə qədər gedib çıxdı.
Ancaq şahzadə Abdulla bunda heç bir problem görmür:
"Məni o fakt təhqir edir ki, insanlar Ben Ladenin adını ancaq pis şeylərlə əlaqələndirilər. Onlar çox yaxşı ailədirlər. Hər bir ailədə pis insan ola bilər.
Amma bu fakt bütün ailənin günahı deyil. Bu ailə böyük hörmətə layiqdir. Onlarla yenidən əməkdaşlıq etsəm, çox mənun olaram”.
banner

Oxşar Xəbərlər