• cümə axşamı, 28 mart, 13:30
  • Baku Bakı 16°C

İngilislər Rusiyada qalacaqları oteli müəyyənləşdirdilər

06.10.17 12:05 1731
İngilislər Rusiyada qalacaqları oteli müəyyənləşdirdilər
İngiltərə yığması Sloveniyaya 1:0 hesabı ilə qalib gələrək DÇ-2018-ə vəsiqəni təmin edib. Ancaq ingilislər hələ bu oyuna qədərə mundiala vəsiqə qazanacaqlarına əmin olublar.
Kaspi.az xəbər verir ki, İngiltərə yığması Sloveniya ilə oyundan əvvəl Rusiyada keçiriləcək DÇ zamanı qalacaqları oteli müəyyənləşdiriblər.
İngilislər Sankt-Peterburqdan 45 dəqiqəlik məsafədə, sakit bir guşədə olan baza seçiblər. Bu məkanı yığmanın baş məşqçisi Qaret Sautqeytin şəxsən bəyəndiyi bildirilir.
Otel Fin körfəzinin sahilində yerləşir. Ən ucuz nömrənin bir günü ingilslərə 106 avroya başa gələcək. Otelda basseyn, trenajor zalı, spa-salon və bar var.
banner

Oxşar Xəbərlər