• cümə axşamı, 28 mart, 14:58
  • Baku Bakı 16°C

İngilislər “davam” dedilər

29.05.20 09:23 720
İngilislər “davam” dedilər
Koronavirus pandemiyasına görə martdan bəri dayandırılan İngiltərə Premyer Liqasının bərpa tarixi rəsmən müəyyənləşib.
Kaspi.az xəbər verir ki, sözügedən çempionat iyunun 17-də bərpa olunacaq. Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Xəbərdə, turnirin təxirə salınmış iki oyunla bərpa olunacağı diqqətə çatdırılıb.
Söhbət "Aston Villa” - "Şeffild Yunayted” və "Mançester Siti” - "Arsenal” matçlarından gedir. Həmin həftənin sonunda, iyunun 20-dən etibarən isə 30-cu turun qarşılaşmaları keçirilməyə başlayacaq.
Ən yaxın izləyicisi "Mançester Siti”ni 25 xal qabaqlayan "Liverpul” Premyer Liqada liderdir.
banner

Oxşar Xəbərlər